Bakıda 47 yaşlı kişi dəm qazından ölüb. SİA xəbər verir ki, ötən gün saat 13 radələrində baş verib. Belə ki, 1978-ci il təvəllüdlü Babayev Elgün Cərulla oğlu yaşadığı Binəqədi rayonu, H.Ağamalıyev 14 ünvanında yerləşən yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.