Meksikada yol qəzasında 40 nəfər həlak olub

9 Fevral 2025 09:05 (UTC+04:00)

Meksikada çox sayda insan itkisi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, Kankun şəhərindən Tabaskoya gedən avtobusun aşması nəticəsində azı 40 nəfər həlak olub. Daşıyıcı şirkətinin məlumatına görə, nəqliyyat vasitəsində 44 sərnişin olub.