ABŞ-ın vitse-prezidenti Zelenski ilə görüşəcək

9 Fevral 2025 08:42 (UTC+04:00)

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Münhen konfransında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. SİA xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Nəşrin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp istənilən potensial sülh nizamlanmasının bir hissəsi kimi təhlükəsizlik zəmanətləri müqabilində nadir torpaq metalları və qaza çıxış əldə etmək üçün Ukrayna ilə 500 milyon dollarlıq müqavilə bağlamaq niyyətində olduğunu bəyan edib.

Münhen Təhlükəsizlik Konfransı fevralın 14-dən 16-dək keçiriləcək. İclasda ABŞ nümayəndələri Ukrayna münaqişəsinin həlli ilə bağlı öz planlarını təqdim edəcəklər.

"New York Post" bu yaxınlarda Trampın Rusiya lideri Vladimir Putinlə Ukrayna münaqişəsini müzakirə etmək üçün telefon danışığı apardığını yazıb. Tramp döyüşləri bitirmək üçün “konkret planı” olduğunu və tezliklə həll olunacağına ümid etdiyini bildirib. O, Putinlə həmişə yaxşı münasibətdə olduğunu deyib.