Hondurasın şimalında, Karib dənizində baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilib. SİA xəbər verir ki, ABŞ Geoloji Tədqiqat İnstitutu zəlzələnin maqnitudasını 7,6, Almaniya Geoloji Tədqiqatlar Mərkəzi isə 7,5 kimi qiymətləndirib. Hər 2 qurumun məlumatına görə yeraltı təkanların episentri 10 km dərinlikdə yerləşib. Bu, regionda 2021-ci ildən sonra ən şiddətli zəlzələdir.
Kuba, Honduras, Kayman adaları və ətraf ərazilərdə sunami xəbərdarlığı edilsə də, bir müddət sonra ləğv edilib.