Serbiya prezidentinin avtomobili qəza şəraiti ilə üzləşib

9 Fevral 2025 03:14 (UTC+04:00)

Serbiya Prezidenti Aleksandar Vuçiç xidməti avtomobili ilə hərəkətdə olarkən qəza şəraiti ilə üzləşib. SİA xəbər verir ki, Aleksandar Vuçiç fevralın 8-də ölkənin şimalındakı Mokrin kəndinə gedən yolda avtomobilin təkərinin bir hissəsinin qopması ilə nəticələnən insident baş verib. Avtomobil hərəkətdə olarkən təkəri partlayaraq yarasız vəziyyətə düşüb və qoparaq diskdən ayrılıb. Hadisə zamanı xəsarət alan olmayıb, Aleksandar Vuçiç başqa maşına keçib və səfərini davam etdirib.

Serbiya Prezidenti bunun böyüdüləcək məsələ olmadığını deyib: “Melenci kəndini ziyarət etdikdən sonra Kikindadakı böyük mitinqdən əvvəl öz avtomobilimlə Mokrin kəndinə gedirdim. Bunu sizə bir neçə cümlə ilə izah edəcəyəm. Avtomobilin təkəri partladı, yoxsa bütün təbəqələri ilə yarasız vəziyyətə düşdü? Bunu səlahiyyətli orqanlar müəyyənləşdirəcək”.

Serbiya Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Hadisənin videosu mediada və sosial şəbəkələrdə paylaşılıb.