Moskvadakı yanğının sahəsi kəskin şəkildə artıb

8 Fevral 2025 21:24 (UTC+04:00)

Moskvanın şərqindəki Elektrozavod binasında baş verən yanğının sahəsi kəskin şəkildə artıb və hazırda 800 kvadratmetrə çatıb.

SİA-nın məlumatına görə, bu barədə REN TV mənbəyə istinadən xəbər verir.

Əvvəllər təxminən 100 kvadratmetr olduğu bildirilirdi.

RİA Novosti onu da yazır ki, Elektrozavodda baş verən yanğın nəticəsində 8 nəfər tibbi yardıma müraciət edib, 4 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə yerində onlarla yanğınsöndürən, Rusiya İstintaq Komitəsinin və prokurorluğun əməkdaşları işləyir.

Fövqəladə hallar xidmətləri yanğının mümkün səbəbinin elektrik avadanlığında qısaqapanma olduğunu bildirib. Müstəntiqlər və prokurorlar yanğınla bağlı araşdırmalara başlayıb.

Əli Babayev