Dövlət Uşaq Filarmoniyası balaca teatrsevərlər üçün Şarl Perronun “Qırmızı Papaq” nağılı əsasında yazılmış tamaşa ilə çıxış edib.
SİA-nın məlumatına görə, Filarmoniyadan bildirilib ki, tamaşanın quruluşçu rejissoru Ağasəlim Feyzullayev, rəssamı Səriyyə Teymurovadır.
Tamaşada, həmçinin Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi və “Şəms” uşaq xoru da iştirak edib.
Nağılın tamaşaçılara çatdırmaq istədiyi əsas ideya dostluq, fədakarlıq, yaxşılıq olduğu kimi, pis insanların və pis əməllərin də cavabsız qalmayacağını göstərməkdir.
Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı” 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu illər ərzində saysız-hesabsız uşaq tamaşaları, maraqlı səhnəciklərlə hər zaman tamaşaçılarını sevindirib.