Hacıqabulda zəlzələ baş verib

8 Fevral 2025 19:35 (UTC+04:00)

Fevralın 8-də Hacıqabul rayonunda zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, 3,1 bal gücündə olan zəlzələ yerli vaxtla saat 18:31-də Şirvan stansiyasından 20 kilometr şimalda, Hacıqabul rayonunda qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 38 kilometr olub.

Zəlzələ hiss olunmayıb.