Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb - FOTO

8 Fevral 2025 16:18 (UTC+04:00)

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan SİA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbir zamanı nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən 5 sürücü müəyyən edilərək saxlanılıb.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib, daha bir mikroavtobus sürücüsü isə 15 sutka inzibati qaydada həbs edilib.