“Bakı Metropoliteni”nin kommunikasiya departamentinə yeni rəis təyin olunub

8 Fevral 2025 15:03 (UTC+04:00)

Şaban Kamal oğlu İmkani “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib. SİA səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, Şaban İmkani 1985-ci ildə anadan olub.

2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.