Kirayə yaşadığı evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

8 Fevral 2025 14:19 (UTC+04:00)

Bakıda kirayə yaşadığı evdən 3 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Səbail rayonu Badamdar qəsəbəsi ərazisində yerləşən evlərin birindən 3 min manat dəyərində geyim və məişət əşyalarının oğurlanması barədə Səbail RPİ 41-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan M.Cavadov və əvvəllər məhkum olunmuş A.Cavadova müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.