"Turan Tovuz" kolumbiyalı futbolçunu heyətinə qatdığını açıqlayıb

8 Fevral 2025 11:05 (UTC+04:00)

"Turan Tovuz" kolumbiyalı futbolçu Hayderson Hurtadonu heyətinə qatıb. SİA xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, peşəkar karyerasına Braziliyada başlayan oyunçu bu ölkənin “Genus”, “İtarare”, “Azuriz”, “Parana”, Slovakiyanın “Sered”, “Skalitsa” klublarının şərəfini qoruyub. O, son olaraq Çexiyada “Yablonets”in formasını geyinib.