Şahmat üzrə Azərbaycan çempionatında 1/4 finalın cavab oyunları bu gün keçiriləcək

8 Fevral 2025 09:35 (UTC+04:00)

Şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsində cavab oyunları bu gün keçiriləcək. SİA-nın məlumatına görə, kişilərin yarışında Şəhriyar Məmmədyarov Məhəmməd Muradlı ilə, Teymur Rəcəbov Vüqar Əsədli ilə üz-üzə gələcəklər.

Ş.Məmmədyarov raundun ilk görüşündə qalib gəlib - 1:0. T.Rəcəbov isə heç-heçə edib - 0,5:0,5. Misrətdin İskəndərov - Aydın Süleymanlı və Rauf Məmmədov - Əhməd Əhmədzadə duelləri də bərabərliklə yekunlaşıb - 0,5:0,5.

Qadınlarda Ülviyyə Fətəliyeva Zeynəb Məmmədyarovanı, Türkan Məmmədyarova Gövhər Beydullayevanı məğlub edib - 1:0. Günay Məmmədzadə - Səbinə İbrahimova və Gülnar Məmmədova - Xanım Balacayeva qarşılaşmalarında qalib müəyyənləşməyib - 0,5:0,5.

Azərbaycan çempionatı
1/4 final mərhələsi, cavab oyunları

Kişilər
Məhəmməd Muradlı - Şəhriyar Məmmədyarov (0:1)
Aydın Süleymanlı - Misrətdin İskəndərov (0,5:0,5)
Əhməd Əhmədzadə - Rauf Məmmədov (0,5:0,5)
Teymur Rəcəbov - Vüqar Əsədli (0,5:0,5)

Qadınlar
Səbinə İbrahimova - Günay Məmmədzadə (0,5:0,5)
Xanım Balacayeva - Gülnar Məmmədova (0,5:0,5)
Zeynəb Məmmədyarova - Ülviyyə Fətəliyeva (0:1)
Gövhər Beydullayeva - Türkan Məmmədyarova (0:1)

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.