Xaçmazda 47 yaşlı qadın dəm qazından boğulub

8 Fevral 2025 09:11 (UTC+04:00)

Xaçmaz rayonunda 47 yaşlı qadın dəm qazından boğulub. SİA xəbər verir ki, 1978-ci il təvəllüdlü Mətanət Niyazəddin qızı Əmrahova yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, Zərdabi küçəsi ev 39 ünvanında yerləşən fərdi yaşayış evinin hamamında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.