Xameneyi ABŞ-a təhdidlər yağdırdı

8 Fevral 2025 07:44 (UTC+04:00)

ABŞ tərəfindən təcavüz olarsa, İran tərəddüd etmədən onların təhdidlərinə cavab verəcək. SİA xəbər verir ki, bunu İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneyi deyib.

O, İranın Hərbi Hava Qüvvələri və Hava Hücumlarından Müdafiə kommandanlığı ilə keçirdiyi görüşdə bildirib:

“Amerikalılar bizim barəmizdə öz baxışlarını səsləndirirlər, bizi təhdid edirlər. Onlar bizi təhdid edəcəklərsə, biz də onları təhdid edəcəyik. Onlar bu təhdidləri gerçəkləşdirəcəklərsə, biz də buna qarşılıq verəcəyik. Əgər onlar bizim ölkənin təhlükəsizliyinə əl qoysalar, biz tərəddüd etmədən eynisini edəcəyik”.

Xatırladaq ki, fevralında 4-də Donald Tramp ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasətinin bərpa olunması ilə bağlı fərman imzalayıb.