İsrail ABŞ-dan 7 milyard dollarlıq silah alacaq

8 Fevral 2025 06:14 (UTC+04:00)

ABŞ İsrailə hava bombaları, idarə olunan raketlər və müvafiq avadanlıq da daxil olmaqla 7 milyard dollarlıq silah tədarük edəcək. SİA xəbər verir ki, bu barədə Pentaqon ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında keçirilən görüşün yekunlarına istinadən məlumat yayıb. “Birləşmiş Ştatlar ABŞ-ın milli maraqları üçün mühüm əhəmiyyət kəsb edən İsrailin təhlükəsizliyini təmin etməyə sadiqdir. Təklif olunan sövdələşmələr İsrailə müdafiə qabiliyyətini gücləndirməyə və cari və gələcək təhdidlərə qarşı hazırlığını artırmağa imkan verəcək”, - Pentaqon bildirib.