ABŞ hərbi xərcləri azaltmaq niyyətindədir

8 Fevral 2025 03:17 (UTC+04:00)

ABŞ-ın yeni administrasiyası digər məsələlərlə yanaşı, hərbi xərclərin azaldılması imkanlarını nəzərdən keçirmək niyyətindədir. SİA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

"Biz Təhsil Nazirliyinə, hətta ordumuza, heç bir aidiyyəti və dəyəri olmayan şeylərə xərclənən külli miqdarda pula baxacağıq", - deyə Amerika lideri vurğulayıb.

Tramp, həmçinin mümkün qeyri-qanuni xərclərə görə trilyonlarla dolların israf edildiyini bildirib.