Serbiya ilə Macarıstan arasında neft kəmərinin tikintisinə ilin sonuna kimi başlanacaq.
SİA xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç deyib.
“Bu layihə daxili bazarda neft tədarükünün təhlükəsizliyi istiqamətində atılan mühüm addımdır. Artıq kəmərin tikintisi üzrə ilkin layihə və texniki iqtisadi əsaslandırma sənədi hazırlanıb. İşlərin başlanması isə ilin sonuna planlaşdırılır. Təchizatın şaxələndirilməsi həm qaz, həm də neft sektorunda enerji təhlükəsizliyinin açarıdır. Serbiya-Macarıstan boru kəməri təchizatın uzunmüddətli sabitliyinə töhfə verəcək”, - deyə nazir bildirib.