Alyaskada göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itib

7 Fevral 2025 18:29 (UTC+04:00)

ABŞ-ın Alyaska ştatında göyərtəsində 10 nəfərin olduğu ''Bering Air'' şirkətinə məxsus təyyarə radarlardan itib.

Nome Şəhər Könüllü Yanğından Mühafizə İdarəsindən verilən açıqlamada, hadisənin səbəbinin hələ bilinmədiyi və təyyarənin axtarışlarının davam etdiyi bildirilib.

SİA-nın məlumatına görə, açıqlamada həmçinin bu ifadələrə yer verilib: "Hazırda Nome və White Mountain bölgəsində axtarış aparırıq. Hava şəraitinə görə havadan axtarışlar məhduddur. Milli Qvardiya, Sahil Mühafizəsi və Polis qrupları axtarışlara qoşulub".