"Araz-Naxçıvan"ın braziliyalı futbolçusu Ramon Maçado ən azı iki həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə SİA-ya Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
"Zirə"yə qarşı keçirilən Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda xəsarət alan hücumçunun topuğu şişib. Klubun həkimi forvardın 12-15 gün komandaya kömək edə bilməyəcəyini söyləyib.
Qeyd edək ki, "Araz-Naxçıvan" sözgedən görüşdə 1:0 hesablı qələbə qazanıb.