“Garo Paylan zamanında Türkiyə parlamentinin də deputatı olub və erməni əsilli bu dırnaqarası siyasətçi əslində erməni xəstə toplumunun nümunələrindən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
Arzuxan Əlizadə sözlərinə belə davam edib: “Bundan əvvəl Paşinyanın partiyasından olan deputatlardan biri də oxşar fikirlərlə gündəmə gəlmişdi ki, erməni ordusu güclənməlidir, silahlanmalıdır və biz guya əvvəlki mövqelərimizə qayıda bilərik. Bu xəstələr Qarabağın təzədən almaq eşqində olduqlarını bəyan edirlər. Çox haqlı bir sual ortaya çıxır ki, nə ilə? hansı güclə? hansı imkanlar hesabına? hansı ordu ilə? Nə qədər də silahlandırılsalar da əslində o silahları istifadə edə biləcək ürəkli əsgərə də ehtiyac var ki, biz gördük 2-ci Qarabağ da elə ermənilər özləri də etiraf elədilər ki, təxminən 11-12 min civarında fərariləri oldu, eləcə də 2023-cü ildə o bir günlük antiterror əməliyyatlarında da Azərbaycan ərazisində təxminən 10 minə yaxın erməni silahlısı, terrorçusu var idi ki, onlardan da min nəfərə yaxını zərərsizləşdirildi, yerdə qalanları da elə fərarilik etdilər, qaçdılar, getdilər. Bugün Ermənistan silahlandırılır bu faktdır. İlkin dönəmlərdə müdafiə silahları verilirdisə artıq Ermənistana hücum silahları, öldürücü silahlar verilməkdədir. Fransa tərəfindən, Hindistan tərəfindən ermənilərə havadarlıq edən güclər tərəfindən ermənilərə bu silahın verilməklə əslində ermənilərin gələcəkdə revanş addımlar atmağa təhrik ediləcəyi faktı gözardı edilməməlidir. Biz təbii ki bunu gözləyə bilərik. Amma istənilən halda hansı gücə, hansı silahlara malik olmaqlarından asılı olmayaraq heç bir halda Azərbaycanla müqayisə edilə biləcək bir orduya sahib olmayacaqlar. Azərbaycanla müqayisə edilə biləcək bir dövlətə sahib ola bilməzlər və bu mənada bu cür xəstə təxəyyüllü məhsul olan fikirlər əslində elə erməni cəmiyyətinin o içində olanları növbəti dəfə büruzə vermək kimi də qəbul edilməlidirlər.
Amma istənilən halda bu fikirlər səsləndirilirsə və bu fikirlər erməni əsilli olmağından asılı olmayaraq qardaş Türkiyənin vətəndaşlığını daşıyan bir cılız siyasətçi tərəfindən səsləndirilirsə, onun bir məsuliyyəti də olmalıdır. Çox istərdik ki, Türkiyə müvafiq hüquq-mühafizə orqanları, müvafiq qurumlar bu Palyanla bağlı addımlar atsınlar. Biz PKK yanlılarının Türkiyə dövlətinə qarşı elədikləri çıxışlar, atdıqları addımlarla bağlı məsuliyyətə cəlb edildiklərinə şahidlik etmişik, eləcə də Azərbaycan dövlətçiliyinə qarşı əslində elə Azərbaycanla yanaşı Türkiyəyə qarşı da bu fikirlər qəbul edilə bilər və bu cür fikirlər səsləndirən, cəmiyyəti müharibəyə təhrik etmək istiqamətində addımlar atmağa yönləndirən kim olmağından asılı olmayaraq məsuliyyətə cəlb edilməlidir. Bir daha deyirəm qardaş Türkiyənin müvafiq qurumları bu Palyanla bağlı adekvat addımlar atmalıdırlar fikrindəyəm”.
Ayşən Vəli