Xankəndi bu gün – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

7 Fevral 2025 16:48 (UTC+04:00)

Xankəndidəki qar görüntüləri insanı valeh edir. Xankəndi sakinləri yuxudan sevinclə oyanıblar. Şəhərə növbəti dəfə qar yağması sakinlərə xoş əhval-ruhiyyə bəxs edib.Böyükdən-kiçiyə hər kəs, qarın yaratdığı möhtəşəm, nağılabənzər görüntünü seyr edir.Kimisi qışın müjdəsi olan qardan qar adamı düzəldir, kimisi isə qar topu oynayır.
Xankəndiyə yağan qar daha çox balacaları sevindirib. Məktəbli şağirdlər sevinclə dərsə gediblər.

Gecə saatlarında yağmağa başlayan qar səhərə qədər şəhəri ağ örpəyə bürüyüb.Qarın yağması şəhər ərazində nəqliyyatın hərəkətində heç bir çətinlik yaratmayıb.Yollarda nəqliyyatın hərəkəti normal şəkildə davam edir.Bundan başqa şəhərdə elektirk enerjisinin,təbbi qazın və suyun verilməsində də fasilə yaranmayıb. Bir sözlə, soyuq və qarlı hava şəraiti şəhərin kommunal təsərrüfatına problemlər yaratmayıb.

Qeyd edək ki, yanvarın 5-i axşam saatlarından başlayaraq ölkə ərazisində, əsasən Qarabağ bölgəsində hava şəraiti dəyişərək qar yağmağa başlayıb. Xankəndi, Xocalı və Ağdərə rayonlarına yağan qarın hündürlüyü 10-15 sm-ə çatıb.