"İdmançılarımızla bağlı materiallar verilməlidir" - Fuad Zeynalov DANIŞDI

7 Fevral 2025 16:43 (UTC+04:00)

"Azərbaycan dövləti yolunda əziyyəti olan hər kəsin telekanallar vasitəsi ilə tanıdılması vacibdir". Bunu SİA-ya açıqlamasında Sərhədçi İdman Olimpiya Mərkəzinin baş məşqçisi, dünya, ikiqat Avropa çempionu, baş leytenant Fuad Zeynalov deyib.

Zeynalov vurğulayıb ki, bu tək idman kanallarında deyil bütün KİV vasitələrinə aiddir: "Onlara aid verlişlər hazırlanmalıdır: "Dünyada Azərbaycan bayrağını yüksəldən hər kəs hamı tərəfindən tanınmalıdır. Bu zərurətdir. Lakin reytinqə görə bayağı mövzulara daha çox üstünlük verirlər. Buna görə də belə mövzulara toxunulmur. Əfsuslar olsun ki, bu reallıqdır. Qarabağ mövzusunda eyni zamanda idmançılarımızla bağlı materiallar verilməlidir. Çünki o insanlar haqqında müsbət fikir formalaşdırılmalıdır. Bütün kanallarda belə insanlara görə xüsusi verlişlər hazırlansa çox gözəl olar. Həmçinin həmin insanların da əziyyəti yerdə qalmamış sayılar".