Azərbaycan Mərkəzi Bankında (AMB) kapital bazarlarının dayanıqlılığının artırılmasına yönəldilmiş təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb. SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr "Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası" İctimai Birliyinin, "Bakı Fond Birjası" QSC-nin, Milli Depozit Mərkəzinin və investisiya şirkətlərinin rəhbərləri ilə keçirilmiş görüşdə baş tutub. Görüşdə ötən ilin yekunları üzrə kapital bazarlarında əldə olunan nəticələri, investisiya şirkətlərinin fəaliyyəti, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində kapital bazarları istiqaməti üzrə həyata keçirilmiş tədbirlər müzakirə edilib.