Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, qəbulda Yevlax və Mingəçevir şəhər sakinlərinin müraciətlərinə baxılacaq.
Bahar Muradovanın vətəndaş qəbulu fevralın 14-ü saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində baş tutacaq.