"Son zamanlarda uşaqlar arasında kəskin respirator virus infeksiyaları çox yayılıb. Bunun səbəbi isə mövsümi hava şəraiti ilə əlaqədar insanlar, daha çoxda uşaqlar vaxtının bir çox hissəsini qapalı məkanlarda keçirir". Bu sözləri SİA-ya açıqlmasında pediatr Təranə Marufova deyib.
Onun sözlərinə görə, bununda nəticəsi olaraq kəskin respirator və digər havada olan viruslar yayılması xəstəliyin əsas səbəbidir. "Digər səbəblər isə, uşaqların imunitet sisteminin zəif olmasıdır. Əsasəndə 5 yaşa qədər olan uşaqların imunitet sisteminin tam inkişaf etməməsi ilə əlaqədar onların orqanizmi bu viruslara qarşı daha həssas olur. Həmçinin valideynlər uşaqlarının qida rasionun düzgün təşkil etməməsidir. Qida rasionun əsasən karbohidratların üstünlük təşkil etməsi, yəni şirniyyatların üstünlük təşkil etməsi onların bu viruslara yoluxmasına daha da asanlaşdırır. Həmçinin uşaqların tez-tez xəstələnməsinin digər bir səbəbi də yuxu rejimidir. Valideynlər övladlarının yuxu rejimini düzgün tənzimləməli, günorta və axşam yuxularını düzgün həyata keçirməlidir. Valideynlər uşaqlarını vaxt-vaxtında proflaktik peyvəndə gətirməməsi, körpə uşaqların ana südü ilə qidalanmaması, valideynlərin daha çox süni qidaya üstünlük verməsi, gigeyna qaydalarına düzgün riayət etməməsi, yəni çöldən gələrkən uşaqların əllərinin, üzünün yuyulmaması, yuyulduğu təqdirdə belə əllərin düzgün yuyulma qaydalarına əməl edilməməsi, həmçinində fiziki aktivliyinin az olması viruslara yoluxmasına bir başa səbəbdir. Valideynlərə isə məsləhətimiz budur ki, əsas qida rasionları düzgün təşkil olunsun, yəni qidalarında A, C, E vitaminli qidalar qəbul edilsin. Meyvə, tərəvəz, ət və balıq məhsulları qida rasionunda üstünlük təşkil edilsin. Həmçinində uşaqları tez-tez açıq havaya, parklara, oyun yerlərinə çıxarsınlar və onların düzgün yuxu rejiminə ciddi əməl etsinlər".