Konstitusiya Məhkəməsi Palatasının iclasında müraciətə baxılıb

7 Fevral 2025 14:31 (UTC+04:00)

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun fevralın 25-nə təyin edilmiş iclasında baxılacaq.