Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov işdən çıxıb. SİA-nın məlumatına görə, o, bununla bağlı Mədəniyyət Nazirliyinə ərizə ilə müraciət edib.
Mədəniyyət Nazirliyi "Report"a faktı təsdiqləyib.
Bildirilib ki, Loğman Kərimov öz xahişinə əsasən vəzifəsindən azad edilib.