Salyanda Birinci Qarabağ müharibəsinin şəhidi Elşad Tağıyevlə vida mərasimi keçirilir - FOTO

7 Fevral 2025 12:42 (UTC+04:00)

İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib. SİA-nın məlumatına görə, şəhidin nəşi Salyan rayonu Seyidsadıqlı kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Elşad Qubad oğlu Tağıyev 1971-ci ildə Salyan rayonunun Seyidsadıqlı kəndində anadan olub. O, 1993- cür il yanvarın 4-də Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində itkin düşüb.

E.Tağıyev Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaq.