İdman sağlamlıqdır. Sağlam ruha sahib olmağın tək yolu, sözün əsl mənasında, idmanla məşğul olmaqdan keçir. İndiki dövrdə gənclərimiz peşəkar idmanla məşğul olmasalar da sağlam bədənə və görünüşə sahib olmaq üçün daha çox idman zallarına üz tuturlar. Təbii ki, bu hal çox yaxşıdır. Lakin neqativ məqam ondan ibarətdir ki, əksər gənclərimiz “enli kürək” olmaq üçün müxtəlif dərmanlardan istifadə edirlər. Təbii ki, bu addım olduqca yalnış və arzuolunmazdır. Çünki bu addım gənclərimizi uçurma aparır. Məsələni daha da yaxından araşdırma və bu sahənin peşəkarlarından məlumat öyrənmək üçün SİA olaraq sorğu keçirdik.
Azərbaycan Reqbi Federasiyasının vitse prezidenti Səbuhi Qarayev: “Bədənlərini formaya salmaq üçün İstifadə etdikləri kimyəvi dərman və qida ələvələrinə bölünür. Çox istifadə edilən qida əlavələridir. Dərmanlar daha çox ziynadı, qida əlavələri biraz az. Mən tibbi terminlərlə izah edə bilmərəm o ziyanı. Bədəni daha qısa müddətdə formaya salmaq üçün istifadə olunan kimyəvi tabletkalat və iynələr çox ziyanlıdır. Dayandıran kimi də bədən qısa müddətdə əvvəlki vəziyyətinə də yox, daha pis vəziyyətə düşür. Amma təbii yolla xeyli gec formaya düşən bədən uzun müddət məşq etmədikdə də formasını gec itirir. Qaldı peşəkar idmançılara, yığma komanda üzvlərinə, onlara qida əlavələri vacibdi”.
Həkim Həşimov Şücaət: “Gənclərimizin idmanla məşğul olması vacib və önəmli bir işdir. Çünki ən azından əlavə vaxtlarını nəyə sərf etdiyini bilirlər. İnsan yaxşı işlərdə tanınması çox çətindir. Bütün neqativlərin aradan qaldırıması üçün idman çox yaxşı bir addımdır. Bədəndə əzələ kütləsinin artırılması üçün bir çox idman növü mövcuddur. Lakin bu günləri müxtəlif elmə məlum olmayan pereperatlardan gənclərimiz istifadə edirlər. Hemçinin onların içərisində olan şeylər bizə məlum deyil. Sadəcə orqanizmin daha çox şişirdilməsi üçün qarmonal pereparatlardan Bunlar həkimlərin təyinatı ilə istifadə oluna bilər. Lakin qalan hallarda məsləhət görülümür və çox ziyandır”.