“ABŞ prezidenti Donald Trampın yenidən hakimiyyətə gəlişi türk dünyası baxımından önəmli hadisədir”. Bunu SİA-ya açıqlamasında politoloq Çingiz Göytürk deyib.
O bildirib ki, Trampın dünya siyasətində iddia etdiyi və vurğuladığı yol xəritəsi ilə türk dünyasında cərayan edən proseslər üst-üstə düşür: “Bölgəmizdə sülh və əminamanlığın, terrorun olmaması türk dünyası üçün önəmlidir. Trampında bu yöndə fəaliyyət göstərməsi müsbət hadisədir. İran bildiyiniz kimi terrora yaxındır. ABŞ prezidenti onlarla bağlı ciddi məhdudlaşdırıcı siyasət həyata keçirəcəyini bildirir. Bu çox müsbət bir hadisədir. Ancaq bunun hansı səviyyədə gərçəkləşəcəyi bilinməlidir. Sanksiyaların nə dərəcə təsirli olacağı mühüm əhəmiyyət kəsb edir. Həmçinin daha öncəki ABŞ hakimiyyətinin təkrarladığı və bizə görə yalnış olan məqamlar var idi. Tramp ilk gündən İran adlanan məkanda çox ciddi dəyişimin gerçəkləşməsi gərəkdiyini bilir. Buna görə də elə addım atır. Həmçinin qeyri-fars millətlər məsələsində diqqətə alınmasını, köklü dəyişimin məhz bundan keçdiyini bildiyini bizə göstərdi. Lakin tam olaraq nələr olacağını zamanla biləcəyik. Tramp keçmişdə İrana qarşı tətbiq olunan siyasətin düzgün olmadığını yaxşı bilir”.