"Sumqayıt" ölkə kubokunda 10-cu dəfə heç-heçəyə razılaşıb

7 Fevral 2025 10:54 (UTC+04:00)

“Sumqayıt” Azərbaycan Kubokunda 10-cu dəfə heç-heçə edib. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 39-cu matçda qeydə alınıb.

“Gənclik şəhəri” təmsilçisi 1/4 finalın “Sabah”la səfər görüşündən qolsuz ayrılıb.

Sumqayıtın eyniadlı klubu 5 dəfə evdə, 5 dəfə rəqib meydanında "sülh"lə barışıb.