"Qış aylarında avtomobillərə hansı xidmətlər göstərilməlidir"? - NƏQLİYYAT ÜZRƏ EKSPERT AÇIQLADI

7 Fevral 2025 10:45 (UTC+04:00)

"Qış aylarında, havaların soyuq olması ilə bağlı maşınlarada qulluq etmək lazımdır. İlk növbədə avtomobillərin təkərləri, şinilləri qış mövsümünə uyğun dəyişdirilməlidir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, qış mövsümünə uyğun olan təkərlər digər mövsüm üçün olan təkərlərdən elastikliyi ilə seçilməlidir: "Bundan əlavə olaraq avtomobillərdə radiatorun antifrisi dəyişilməlidir. Maşının ABS-i yoxlanılmalıdır, əyləc sisteminə nəzər salınmalıdır. Ümumiyyətlə, əyləc sistemi diaqnostika baxışından keçməlidir. Şüşə təmizləyən qurğuya baxış keçirilməlidir və əgər nasazlıq varsa bu aradan qaldırılmalıdır. Bundan əlavə qış təkərlərinin olması olduqca vacib bir məsələdir. Ən azından yayda istifadə olunan yararsız təkərlərlə "qışı yola verə bilərəm" anlayışından uzaq olmaq lazımdır. Digər bir qulluq isə avtomobilin mütləq havalandırma sistemini yoxlamaqdır və sistemə diqqət eləmək lazımdır. Avtomobilin elektrik sisteminədə mütləq diqqət eləmək lazımdır. Çünki yayda yağış nisbətən qışa görə az olur. Qış aylarında yağıntının çox olması ilə yollarımızda çox təəssüf ki, su gölməçələri yaranır və hər hansı bir təsirdən avtomobil yana bilər. Necə ki, qışın sonları yazın ortalarına qədər bəzi avtomobillər alışıb yanır. Bəs bunun səbəbi nədir? Səbəb ondadır ki, elektrik sisteminə dolan su ərp bağlayır və yay mövsümündə də başlayır yağınlar törətməyə. Ona görə hər bir sürücü bunlara mütləq diqqət etməlidir. Əslində avtomobillərin bu yoxlanışlarını təcrübəli sürücülərin hamısı bilməlidir, amma bizdə bir daha bunu xatırlatma kimi sürücülərin diqqətinə çatdırmaq olar".