Zaqatalada iki avtomobil toqquşub, xəsarət alan var

7 Fevral 2025 10:32 (UTC+04:00)

Zaqatalada iki minik avtomobili toqquşub. SİA-nın məlumatına görə, hadisə rayonun Mamrux kəndinin ərazisində baş verib.

Eyni istiqamətdə hərəkət edən “Opel” markalı avtomobil arxadan “Honda” markalı avtomobilə çırpılıb. Qəza zamanı "Opel"in sürücüsü 1987-ci il təvəllüdlü Zaqatala rayonu Mamrux kənd sakini Rafael Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.