Ramin Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək

7 Fevral 2025 10:12 (UTC+04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Siyəzəndə vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, qəbul fevralın 11-də nəzərdə tutulub.

Komitə sədri Siyəzən Rayon Mədəniyyət Mərkəzində Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (Əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, [email protected], [email protected]) müraciət edə bilərlər.