Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ olub. Bu barədə SİA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Vurğulanıb ki, yeraltı təkanların ocağı 39 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 03:17-də qeydə alınıb.