İtaliya A seriyasında 14-cü turun təxirə salınmış matçı keçirilib. SİA xəbər verir ki, “İnter” səfərdə “Fiorentina” ilə üz-üzə gəlib. Matç ev sahiblərinin 3-0 xeyrinə başa çatıb. Bu oyundan sonra “Fiorentina” 42 xalla dördüncü pilləyə yüksəlib. “İnter” 51 xalla ikinci yerdədir və lider “Napoli”dən 3 xala geri qalır.