"Barselona" "Valensiya"nı məğlub edərək Kral Kubokunda yarımfinala yüksəlib. SİA xəbər verir ki, "Mestalya" stadionunda keçirilən görüş 5:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Artıq birinci hissədə "Barselona"nın hücumçusu Ferran Torres keçmiş klubunun qapısına üç dəfə yol tapıb. O, 3-cü, 17-ci və 30-cu dəqiqələrdə fərqlənib. 23-cü dəqiqədə Fermin Lopez, 59-cu dəqiqədə isə Lamin Yamal daha bir qola imza atıblar. Turnirin yarımfinalına kataloniyalılarla yanaşı, “Real Madrid”, “Atletiko Madrid” və “Real Sosyedad” da çıxıb.