Can Yaman məşhur qida brendinin siması olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yaman bununla bağlı yaxın günlərdə Misirə gedəcək. Yaman Misirdə 3 reklam filmi və bir poster fotosu çəkəcək. Məşhur aktyorun bir həftə Misirdə qalacağı öyrənilib. Digər tərəfdən Can Yamanın İtaliyada rol aldığı "El Turko" serialı 21 Martda tamaşaçılarla görüşəcək.