Tramp BCM əməkdaşlarına sanksiya tətbiq etdi

7 Fevral 2025 04:44 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaların tətbiqi ilə bağlı Fərman imzalayıb. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Amerika lideri Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ vətəndaşları və ya İsrail kimi müttəfiqləri ilə bağlı araşdırmalarında çalışan şəxslərə qarşı iqtisadi və viza sanksiyaları tətbiq edib. Sanksiyalar siyahıda olan şəxslərin ABŞ-dəki hər hansı aktivlərinin dondurulmasını və onların və ailələrinin ölkəyə səfərinin qadağan edilməsini əhatə edir. Məhdudiyyətlərə məruz qalanların adları açıqlanmır.