"Trampın sülh planı yoxdur” - Zelenski

7 Fevral 2025 04:15 (UTC+04:00)

"ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı hələlik rəsmi planı yoxdur”. SİA “Ukrainska pravda” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib. O əlavə edib ki, potensial planla bağlı mətbuatda çoxlu məlumatlar yayılacaq. Bu, reallıqla qismən üst-üstə düşə bilər, lakin əksər hallarda uyğun gəlmir. “Nəşrlərdə nələr var... Əminəm ki, bu, prezident Trampın rəsmi planı deyil. Gəlin, rəsmi danışıqlarımızı və rəsmi nəticələri gözləyək”, - deyə Zelenski bildirib. O, həmçinin bildirib ki, konkret məsələlər hələ Trampın andiçmə mərasimindən əvvəl Amerika tərəfi ilə müzakirə olunub.