"Liverpul” “Tottenhem”i darmadağın edib finala yüksəldi

7 Fevral 2025 03:26 (UTC+04:00)

İngiltərə Liqa Kubokunda ikinci finalçı bəlli olub. SİA xəbər verir ki, yarımfinalda “Liverpul” və “Tottenhem” komandaları qarşılaşıb.

Görüş Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, “Liverpul” adını finala yazdırıb. Klub finalda “Nyukasl” ilə qarşılaşacaq. Həlledici oyun martın 16-da Londondakı “Uembli” stadionunda keçiriləcək.