Millimiz seçmə mərhələdə məğlub oldu

7 Fevral 2025 02:14 (UTC+04:00)

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində Belçikaya məğlub olub. SİA xəbər verir ki, C qrupundakı beşinci matçını keçirən yığma 24:97 hesabı ilə uduzub. Qarşılaşma Belçikanın “COREtec Dome” arenasında təşkil olunub.

Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ilk oyunda Belçika millisinə 28:136 hesabı ilə məğlub olub. Yığma fevralın 9-da Bakıda Polşa ilə üz-üzə gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.