Donald Trampın həyat yoldaşı Melaniya “Hello!” jurnalının üz qabığına çıxıb. SİA xəbər verir ki, bu barədə jurnalın rəsmi saytında məlumat verilib. Melaniya Tramp dərin dekolteli qara libasda poza verib. O, kamera qarşısına keçərək çiyninə pencək ataraq gün eynəyi ilə görünüşünü tamamlayıb. “O, sənə və özünə qəhvə hazırlayacaq. Buna görə də, xidmətçilərin əhatəsində olan bir qadını təsəvvür edirsinizsə, yanılırsınız", - stilist Erve Pier deyib.