Somali Nazirlər Kabinetinin həftəlik iclasında Azərbaycanla imzalanmış təhsil və enerji sahələrini əhatə edən iki əməkdaşlıq sazişi təsdiqlənib. İclas Baş nazirin müavini və Baş nazir vəzifələrinin icraçısı Saleh Əhməd Camenin sədrliyi ilə keçirilib. SİA Somali Milli Xəbər Agentliyinə (SOMA) istinadla bildirir ki, qeyd olunan sənədlər iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsinə, Somalidə təhsil və enerji sektorlarının inkişafına dəstək verilməsinə, eləcə də peşə təlimi proqramlarının yaxşılaşdırılmasına və somalili kadrların təcrübə və bacarıqlarının artırılmasına yönəlib.