Hər şey həmin adama hökm çıxarılandan sonra baş verib. O, tualetə getmək bəhanəsi ilə iclası tərk edib, lakin tualetə baş çəkmək əvəzinə pencəyini geyinərək binanı tərk edib.
SİA rus saytlarına istinadən xəbər verir ki, REN TV-nin məlumatına görə, hakim sağlamlığa ağır xəsarət yetirdiyinə görə 4 il müddətinə azadlıqdan məhrum edilən məhkuma hökmü elan edib.
İndi həbsdən qaçma maddəsi ilə cinayət işi açılıb. Hadisəni törədən şəxs axtarılır, xidməti araşdırma aparılır.
Onu qaçmaq üçün daha dörd il gözləyir.
Əli Babayev