Hollandiya Qəzza zolağının ABŞ-ın nəzarətinə keçməsini ağlasığmaz hesab edir. Bunu Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri Kaspar Veldkamp Amerika prezidenti Donald Trampın bu məsələ ilə bağlı əvvəlki açıqlamalarını şərh edərkən deyib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, NRC qəzetinin yazdığına görə, "Hollandiya üçün Qəzzanın fələstinlilərə aid olduğuna heç bir şübhə yoxdur" deyən nazir, "Mövqeyimiz dəyişməz olaraq qalır. Hollandiya iki dövlətli həll yolunu dəstəkləyir. Bu, təhlükəsiz İsrail dövlətinin yanında müstəqil, yaşaya bilən Fələstin dövləti deməkdir".
...Bu mövqe hakim koalisiyaya daxil olan Azadlıq Partiyasının rəhbəri Geert Vildersin bir gün əvvəl səsləndirdiyi fikirlə kəskin ziddiyyət təşkil edir.
Onun fikrincə, fələstinlilər İordaniyaya köçməlidir və o zaman Qəzza problemi həll olunacaq.
Koalisiyaya daxil olan digər siyasi qüvvələrin liderləri hələlik Trampın təşəbbüslərini açıq şəkildə şərh etməyiblər.
Qeyd edək ki, Tramp fevralın 4-də Ağ Evdə danışıqlardan sonra İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Vaşinqtonun Yaxın Şərqdə sülhün bərqərar olması naminə onu inkişaf etdirmək üçün Qəzza zolağına uzunmüddətli sahiblik etməyi nəzərdən keçirdiyini bildirib.
Amerika lideri anklavdan fələstinlilərin regionun digər ölkələrinə köçürülməsinin tərəfdarı olduğunu bildirib ki, onun fikrincə, “bunu ödəyə bilər”.
Tramp qeyd edib ki, ABŞ lazım bildiyi təqdirdə Qəzzaya qoşun göndərməyə hazırdır.
Ərəb ölkələri, İran və bir sıra Qərb dövlətləri Trampın ideyasına qarşı çıxıblar.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ABŞ prezidentinin yuxarıda qeyd olunan təklifləri Kremldə diqqət çəkib, lakin Moskva bu təşəbbüsü qəbul etməyən Misir və İordaniyanın mövqeyi ilə tanışdır.
Fransa Xarici İşlər Nazirliyi Amerika liderinin planı ilə razılaşmadığını açıqlayıb, Almaniyanın xarici işlər naziri Annalena Berbok isə fələstinlilərin Qəzzadan çıxarılmasını qəbuledilməz adlandırıb.
Əli Babayev