Futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın daha bir oyunu keçirilib.
SİA xəbər verir ki, "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Zirə" ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 61-ci dəqiqədə penaltidən Bernardu Diaş vurub.
Komandalar arasında cavab matçı fevralın 28-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.
Günün digər oyununda “Qarabağ” səfərdə “Səbail”lə üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək.
Bu qarşılaşma ilə 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Qeyd edək ki, bu mərhələnin əvvəlki matçlarında "Neftçi" səfərdə "Kəpəz"i iki cavabsız qolla üstələyib. "Sabah" - "Sumqayıt" matçında isə qolsuz heç-heçə qeydə alınıb. 1/4 finalın cavab görüşləri fevralın 27-28-də keçiriləcək.