…Tərkibində allergen olan antibakterial ağız yuyucu vasitələrdən istifadə qaşınma, udmaq isə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.
SİA xəbər verir ki, diş həkiminin dediyinə görə, müxtəlif komponentlərə öz dözümsüzlüyü haqqında bilən insanlar, allergik reaksiyanın qarşısını almaq üçün məhsulun tərkibini daha diqqətlə öyrənməlidirlər.
Məsələn, şam iynəsi ekstraktı qaşınmanı gücləndirə bilər. Mütəxəssis əlavə edib ki, çoxlu ağız qarqarasının udulması bəzi hallarda sonradan ürəkbulanma, qusma, qarın ağrısı, ishal, başgicəllənmə, nəfəs almaqda çətinlik yarada bilər.
Ancaq bir çox simptomlar fərdin bədəninin xüsusiyyətlərindən asılıdır.
Bəzən 30-50 mililitr maddə son dərəcə təhlükəli ola bilər, xüsusən də tərkibində xlorheksidin və ya spirt varsa... Stomatoloq az miqdarda ağız qarqarasını mütəmadi olaraq udmamağa çalışmağı, özünü pis hiss etdikdə isə vaxtında həkimə müraciət etməyi tövsiyə edib.
Eyni zamanda, mütəxəssis xüsusi məhsuldan istifadə etdikdən dərhal sonra ağzınızı su ilə yaxalamamağı məsləhət görür. Maksimum terapevtik effekt əldə etmək üçün aktiv maddələr diş minasında və diş ətində saxlanılmalıdır.
Nazlı Almuradova