Meditasiyanın beynin fəaliyyətini necə dəyişdirdiyi kəşf edilib

6 Fevral 2025 22:23 (UTC+04:00)

…Mount Sinai Universitetinin İcahn Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, meditasiya beynin emosional tənzimləmə və yaddaşda iştirak edən əsas sahələri olan amigdala və hipokampusda fəaliyyətdə dəyişikliklərə gətirib çıxarır.

SİA xəbər verir ki, tədqiqatın nəticələri Proceedings of the National Academy of Sciences (PNAS) jurnalında dərc olunub.

Çoxsaylı tədqiqatlar göstərdi ki, meditasiya - diqqəti cəmləmək və zehinlilik üçün bir sıra zehni texnikalar - zehni rifahı yaxşılaşdıra bilər və potensial olaraq narahatlıq, eləcə də depressiyadan azad olmağa kömək edə bilər.

Bununla belə, meditativ təcrübələrin əsasını təşkil edən xüsusi sinir fəaliyyəti və onların müsbət təsirləri hələ öyrənilməmişdir.

Bilikdəki bu boşluğu doldurmaq üçün alimlər unikal xəstələr qrupundan toplanmış məlumatlardan istifadə ediblər. Bunlar, amigdala və hipokampusun dərinliklərində implantasiya edilmiş elektrodlardan istifadə edərək xroniki EEG qeydinə imkan verən cərrahi üsulla implantasiya edilmiş cihazlara sahib olan epilepsiya xəstələridir.

Tədqiqatdan əvvəl iştirakçılar meditasiya ilə məşğul olduqlarını və könüllü olaraq on dəqiqəlik məşqi tamamladıqlarını təsdiqləyiblər.

Məlum olub ki, meditasiya beta və qamma dalğaları adlanan müəyyən növ beyin dalğalarının gücü və müddətində dəyişikliklərlə əlaqələndirilir. Alimlər deyirlər ki, bu cür dalğalar depressiya və narahatlıq kimi əhval pozğunluqlarına təsir edir, buna görə də meditasiya vasitəsilə onları şüurlu şəkildə idarə etmək ənənəvi terapiyanın təsirini artırmağa kömək edə bilər.

Tədqiqatçılar əlavə ediblər ki, tədqiqat tək bir meditasiya seansının təsirlərinə baxıb, lakin təkrar təcrübənin təsirini qiymətləndirməyib. Alimlər meditasyonun beyin funksiyasına uzunmüddətli təsirləri haqqında daha çox öyrənmək üçün tədqiqatı davam etdirməyə ümid edirlər.

Nazlı Almuradova